Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Bir müddətdir, məktəblər, ali təhsil müəssisələri açılıb. Müşahidələr göstərir ki, xüsusilə məktəblilər daha çox kofeşoplarda, restoranlarda oturur, hazır qidalar istehlak edirlər. Bəzi valideynlər uşaqların qidalanmasına nəzarət etmirlər desək, yanılmarıq. 

 

Məktəblilərin qeyri-sağlam qidalanması hansı fəsadlara yol aça bilər və ya onlar əslində necə qidalanmalıdırlar?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, məktəblilərin qida rasionunda kəpəkli çörək, yarmalar, lifli qidalar, faydalı karbohidratlar olmalıdır:

 

“Uşaqlar gün ərzində heç olmasa, mövsümü meyvələrdən ən az 200-300 qram yeməlidirlər. Rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və.s yaradır.  Həmin içkilər boş karbohidratlı, şəkərli olduqlarına görə burada mineraldan, vitamindan söhbət gedə bilməz. Bu da orqanizmdə mənimsənilmir. Bundan əlavə, burada fosfor turşusundan da istifadə olunur, bu da uşaqlarda sümük inkişafının qarşısını alır. Gələcəkdə şəkərli diabetdən də uzaq durmaq üçün uşaqlar rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir”.

 

Mütəxəssis qeyd etdi ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq kimi məhsullar da olmalıdır:

 

“Sadaladıqlarım riskli qidalar olduqlarına görə, onların saxlanma şəraiti düzgün olmalıdır. Rəngli içkilər, qeyri-sağlam qidalar, cipsi kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq problemlərini, piylənməni, insulin dirəncini ortaya qoya, beyindəki oreksin maddəsini aşağı sala və bu da uşaqların tənbəlliyinə zəmin yarada, onların dərslərdən kənarlaşmasına, düşünmə tərzlərinin aşağı düşməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu cür qidalardan, boş karbohidratlardan, fastfudlardan uzaq durmaları tövsiyə olunur”.

 

A.Salamov bildirdi ki,  bəzi valideynlər uşaqlarının sağlamlıqlarını düşünsələr də, bəzilərində əksi müşahidə olunur:

 

“Elə valideynlər var ki, onlar özləri də maariflənməlidirlər. Bunun üçün heç zaman gec deyil. Çünki uşaqların sağlamlığı, gələcəyi həm dövlət, həm də valideynlərin özü üçün maraqlıdır. Bu istiqamətdə maarifləndirmə işləri mütləq davam etməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...

Əhməd Hacıyev də saxlanıldı

“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.   Sfera.az xəbə...