“Bu problem cinsi pozğunluq yaradır” - Həkimdən AÇIQLAMA
Dünyada insanların üzləşdiyi ən böyük problemlərdən biri də yuxusuzluqdur. Bir çox insanlar yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkirlər.
Bəs bu problem insan orqanizminə necə təsir göstərir?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Aygün Qurbanova bildirib ki, yuxusuzluqdan əziyyət çəkən insanlarda unutqanlıq daha çox olur.
“Bu insanlarda diqqət, konsentrasiyanı cəm etməmək kimi problemlər meydana gəlir. Həmçinin kökəlməyə meyillilik olur. Ürək-damar sistemi problemləri inkişaf edərək infarkta səbəb olur. Təzyiqin yüksək olması isə hipertoniya xəstəliyinin yaranma riskini yüksəldir”.
Həkim qeyd edib ki, insanın yatmağına kömək edən menatolin maddəsi daha çox qaranlıq vaxtı ifraz olunur.
“İnsan oyaq qalan zaman həmin maddənin miqdarı azalır və insanda doyma hormonu yox olur. Bunun nəticəsində gecələr yemək yeməyə üz tuturuq, bu da piylənməyə və artıq çəkiyə səbəb olur. Yuxusuzluq qandakı şəkərin miqdarını sürətlə artırır və şəkərli diabet xəstəliyini yaradır. Bununla yanaşı, cinsi pozğunluğun yaranmasına da səbəb olur. Bu problemin digər bir fəsadı isə xərçəng xəstəliyidir. Yuxu pozulmasına qarşı tədbir görülməzsə, bu, ölümlə də nəticələnə bilər. Çünki yuxsusunu tam ala bilməyən insan gün ərzində olduqca yorğun olur. Bu da onun ehtiyatsızlığına, qəza törətməsinə də səbəb ola bilər. Məhz bu baxımdan deyə bilərik ki, yuxusuzluq olduqca böyük problemdir”.
Ülkər Abdurahmanlı