Ev heyvanlarından insanlara bu xəstəliklər keçir - Həkimdən XƏBƏRDARLIQ!
Alimlər ev heyvanlarının 36,4 %-də, sahiblərinin isə 12,5 %-də təhlükəli bakteriyalar aşkarlayıb.
Bəs ev heyvanlarından insanlara hansı xəstəliklər keçə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan baytar həkim Azər Həsənov bildirib ki, törədici bakteriya müəyyən xəstə heyvandan və ya insandan digər canlılara keçə bilir:
“Bu isə zonos xəstəlikləri adlanır və bura müxtəlif bakteriya, virus, göbələk mənşəli xəstəlikləri daxil etmək olar. Ev heyvanlarının təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. Müəyyən gigiyenik qaydalara əməl olunduğu halda, heyvanlarla və insanlarla bağlı müəyyən tibbi profilaktik tədbirlərin həyata keçirildiyi halda, xəstəliyin yoluxma ehtimalı azalır”.
Həkim bildirib ki, bakteriyalar ev heyvanları ilə insanlar arasında təmas, yaxud nəcisin təmizlənməsi yolu ilə yayıla bilər.
“Yoluxmanın qarşısını almaq üçün it və ya pişiyi sığalladıqdan sonra və tullantılarını atdıqdan sonra əlləri yumaq da daxil olmaqla, gigiyena qaydalarına riayət olunması vacibdir”.
Ülkər Abdurahmmanlı