Səkkiz saatlıq yuxunun faydaları təkzib edilib - "Bu qədər yatmalısınız..."
"Loughborough" Universitetinin ( Böyük Britaniya ) yuxu mütəxəssisi və professoru Kevin Morqan gündə səkkiz saat yatmaq məsləhətinin universal və hər kəs üçün faydalı olmadığını deyib.
Sfera.az xəbər verir ki, onun fikirlərini "Daily Mirror" nəşri sitat gətirib.
Morqanın sözlərinə görə, son araşdırmalar səkkiz saat yuxunun faydaları haqqında mifi təkzib edib. O aydınlaşdırıb ki, insanların əksəriyyəti gündə yeddi saatdan doqquz saata qədər yatmalıdır, lakin bu göstəricilərdən həm yuxarı, həm də aşağı kənarlaşmalar ola bilər.
Yuxu mütəxəssisi Çin alimlərinin iş günləri yuxusuzluğunun həftə sonları daha uzun yatmaqla kompensasiya oluna biləcəyini sübut edən araşdırmasına da diqqət çəkib:"Kompensasiya yuxusunun faydaları həftə sonları 1,28 saat daha çox yatmaqla əldə edilə bilər".
İnci