Logo

Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI

Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sidney Universitetinin (Avstraliya) tədqiqatçıları 2000-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər nəşr olunan uzunömürlülərin həyat tərzinə dair 34 tədqiqat nümunəsini təhlil ediblər.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə insanın 95 ildən çox yaşamasına imkan verən bir sıra amilləri müəyyən etmək mümkün olub.

Məlumata görə, burada dörd əsas amil var:

Onların 78%-dən çoxu şəhərlərdə deyil, kənd yerlərində yaşayır;

Sağlam həyat tərzi keçirirlər: təxminən 7% siqaret çəkir və 30% -dən çoxu spirtli içki içmir. Bu insanların qida rasionunun əsasını yaşadıqları ərazidə istehsal olunan taxıl məhsulları, həmçinin meyvə-tərəvəz, toyuq, balıq və paxlalılar təşkil edir.  Respondentlərin yalnız dörddə biri duzlu yeməyə üstünlük verir;

Uzun ömür sürənlər digər yaşlı insanlara nisbətən daha az dərman qəbul edirlər;

Eyni zamanda, müddəti bəlli olmasa da, onların 68%-i keyfiyyətli yuxu rejiminə malikdir.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR