""Covid XEC" variantı sürətlə yayılır, havalar soyuduqca..." - HƏYƏCAN TƏBİLİ

""Covid XEC" variantı sürətlə yayılır, havalar soyuduqca..." - HƏYƏCAN TƏBİLİ

İyun ayında Almaniyada aşkarlanan “Covid XEC” variantı sürətlə yayılır.

 

Sfera.az bildirir ki, mütəxəssislər artıq bu istiqamətdə xəbərdarlıq ediblər. Məlumata görə, havalar soyuduqca sözügedən virus daha da təsirli ola bilər.

 

Qeyd olunub ki, “Covid XEC” üç qitənin 15 ölkəsində aşkar edilib. ABŞ-də yerləşən “Scripps” araşdırma institutunun direktoru Erik Topol "Dünyada və ABŞ-də hələ yeni aşkarlanıb. Virusun yeni dalğasının başlaması bir neçə ay çəkəcək. Bu, növbəti variant kimi görünür” deyib.

 

ABŞ-də yerləşən səhiyyə şirkəti “Kaiser Permanente”nin mütəxəssisi Elizabet Hudson isə bu variantın Qərbi Avropada yayıldığını qeyd edib: “Virus orada sürətlə yayılır, lakin ABŞ-də vəziyyət belə deyil”.

 

Məlumata əsasən, KS.1.1 və KP.3.3 variantlarının qarışığı olan “Covid XEC” qrip və soyuqdəymə kimi ümumi xəstəliklərdə müşahidə olunanlara bənzər simptomlara səbəb olur. Bunlara yüksək hərarət, davamlı öskürək, dad və ya qoxu itkisi, nəfəs darlığı, yorğunluq və ya halsızlıq hissi daxildir.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...

Bu ərazilərə yağış yağdı – Faktiki hava

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Qeyd ...

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ

Texnologiya inkişaf etdikcə, getdikcə daha çox insan ChatGPT-yə sadəcə rəqəmsal bir vasitə kimi deyil, bir növ virtual psixoloq və ya sirdaş kimi baxmağa başlay...