Bu qidalar xərçəng və diabet riskini ARTIRIR - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Bu qidalar xərçəng və diabet riskini ARTIRIR - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Mütəxəssislər illərdir ki, paketləşdirilmiş qidalar ilə bağlı həyəcan təbili çalır. Paketləşdirilmiş qidaların əksəriyyətinin tərkibində xərçəng əmələ gətirən saxta şəkər olduğu ilə bağlı iddialar da mövcuddur.

 

Bəs bu qidaların tərkibində saxta şəkər varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, paketləşdirilmiş qidaların bir çoxunun tərkibində qarğıdalı və qlükoza siropu, nişasta əsaslı şəkər, süni dadlandırıcılar və şəkər qamışı kimi maddələr var.

 

"Onlar isə orqanizmdə yağa çevrilən toksik maddələrdir. Elə bir dövrə gəlib çatmışıq ki, tərkibində şəkər əlavəsi olmayan məhsul tapmaq çətinləşib. Ötən əsrin 80-ci illərindən qidalarda saxta şəkər əlavələrindən istifadə edilir. Həmin dövrdən xərçəng xəstələrininin, köklükdən əziyyət çəkənlərin və iflic keçirənlərin sayı günbəgün artır”.

 

Məhsəti Hüseynova qeyd edib ki, qarğıdalı siropu normal şəkərdən daha ucuz əldə edilir.

 

“İstehsalçılar minimal xərclərlə maksimum qazanc əldə etmək istəyirlər. Qarğıdalı siropu ürək-damar siteminə mənfi təsir edir. Bu sirop insanların kökəlmə prosesini sürətləndirir. Şəkər çuğundurundan əldə edilən şəkərin 50 faizi qlükoza, 50 faizi isə früktozadır. Qarğıdalı siropunda isə 20 faiz qlükoza, 80 faiz früktoza mövcuddur. Früktoza isə qüvvətli dadlandırıcıdır. Orqanizmə daxil olan früktoza mənimsənilib qaraciyərə daxil olur. O, sürətlə şəkərə çevrilir. Bu maddəni həddən artıq çox qəbul etdikdə köklük, diabet, qaraciyər yağlanması və yüksək təzyiq yaranır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Yubilyarın profili: Qüdrət Həsənquliyev-60!

Tarixin sətirləri arasında gizlənən həqiqətləri tapmaq, o gerçəkliklərin yaranmasında və yayılmasında rol oynamış şəxsiyyətlərin profilini çizmək asan olmadığı ...

Bakıda bağırsaq yuyulmasından vəfat edən Ceyhunun anası DANIŞDI

Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını dəyişib.   ...

Yaşayış binasındakı yanğında xəsarət alanların SON DURUMU

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.01.2025-ci il tarixində saat 18:03-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmər...

Sürücülərə ŞAD XƏBƏR: yeni yollar çəkiləcək, tıxaclar azalacaq

"Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğr...

Cənubi Koreyanın hava limanında təyyarə yandı: 170-dən çox insan təxliyə edildi

Cənubi Koreyanın Gimhae beynəlxalq hava limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsində yanğın baş verib. Bu barədə Yonhap xəbər agentliyi məlum...

Bu gün Azərbaycanda seçkilərdir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.   Sfera.az xəbər verir ki, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.   ...