Yetərincə yatmamaq bu xəstəlikləri YARADIR - Alim AÇIQLADI
Yuxu çatışmazlığı əlavə yuxu ilə tez bir zamanda əvəz edilə bilmədiyi üçün sağlamlığa uzunmüddətli zərərli təsirləri olan problemlərdən biridir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Lancaster Universitetinin Biotibbi Elmlər Fakültəsinin professoru Adam Taylor “The Conversation”a danışıb.
Alim qeyd edib ki, yetkin şəxslər müntəzəm olaraq gündə yeddi saatdan çox yatmalıdır. Kifayət qədər yatmamaq xroniki olaraq depressiya, diabet, piylənmə, infarkt, hipertoniya və insult kimi müxtəlif xəstəliklərin riskinin artması ilə nəticələnir.
Ancaq yuxusuzluğun əsas sağlamlıq təhlükəsi bu cür risklərin mövcudluğu deyil, uzunmüddətli mənfi təsirdir. Yuxusuzluqdan xilas olmaq üçün lazım olan vaxt insandan insana dəyişir. Bəziləri üçün yaxşı bir gecə yuxusu bərpa üçün kifayətdir. Digər insanlar üçün bu, günlər və ya həftələr çəkə bilər.
O vurğulayıb ki, bərpaedici yuxu yuxusuzluq dövrlərində bədəndə baş verən metabolik dəyişiklikləri geri qaytarmır. Bu o deməkdir ki, insan kifayət qədər yatdıqdan sonra da qan şəkərinin səviyyəsi yüksək olaraq qala bilər. Eyni şey, qlükoza mübadiləsinin pozulmasını göstərən insulinə həssaslığın azalmasına da aiddir. Alim əlavə edib ki, yuxusuzluğun nəticəsi çəki artımı da ola bilər.
Firuzə Əliyeva