Dondurulmuş qidalar təhlükə yarada bilər

Dondurulmuş qidalar təhlükə yarada bilər

Dondurulmuş qidalar insan sağlamlığı üçün təhlükəyə səbəb ola bilər.

 

Sfrera.az-ın məlumatına görə, insanlar vaxt azlığından bəzən dondurulmuş məhsullar almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-təzəvəzlərin müxtəlif çeşidləri olur. Ev şəraitində də təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır. Bəs bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir? Dondurulduqda qida dəyərini itirirmi?

 

Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, hər məhsulun öz saxlanma rejimi var. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır. Daha tez xarab olanlar isə fabrikat məhsullardır.

 

M.Hüseynovanın sözlərinə görə, C vitamini ilə zəngin olan bir çox meyvələr də var ki, dondurulduqda tərkibi dəyişir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, xüsusi qablaşdırılmış halda dondurulmuş məhsul alarkən bəzi məqamlara diqqət yetirilməlidir.

 

Qida mütəxəssisi qeyd edib ki, ət və zülal tərkibli məhsullar dondurulduqda, onların donu yalnız bir dəfə açıla bilər. Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə saxlanılmasıdır. Tərəvəzlərin isə tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə donmadıqda, zəhərlənməyə səbəb ola bilər.

 

Ətraflı videoda:

 


OXŞAR XƏBƏRLƏR

Britni Spirs oğullarına xalq qarşısında müraciət etdi - FOTO

Amerikalı müğənni Britni Spirs xalq qarşısında oğullarına müraciət edib.   Sfera.az bildirir ki, Britni Spirsin ​​övladları ilə münasibəti kifayət qədə...

Titanik gəmisini inşa edən gəmiqayırma şirkəti İFLAS ETDİ

Böyük Britaniyanın gəmiqayırma korporasiyalarından biri, 1912-ci ildə gəmiqayırma zavodunda Titanik kruiz layneri inşa edilən "Harland" və "Wolff...

Çay üzərində körpü tikən şəxs 2 il həbs cəzası aldı

Öz pulu ilə təcrid olunmuş bir kənd üçün körpü tikən çinli Huang Deyo (Huanq Deyi) cərimələnib və hətta həbs cəzası alıb. Sfera.az bildirir ki, Huang Dey...

Rusiya ordusu dünyada ikinci ən böyük ordu olacaq - İDDİA

Rusiya Silahlı Qüvvələri dünyanın ikinci ən böyük ordusuna çevriləcək.   Sfera.az xəbər verur ki, bu barədə “Global Firepower” portalı məlu...

Məşhur bloqqer əylənmək üçün girdiyi mağarada nəhəng ayı ilə qarşılaşdı - VİDEO

Serb bloqqer Stefan Yankoviç əylənmək üçün mağaraya girmək qərarına gəlib. Burada nəhəng ayı ilə qarşılaşan bloqqer özünü lentə alıb. Sfera.az bildirir ki,...

Şakira fanatına görə səhnəni tərk etdi

"LIV Miami”də səhnədə yeni sinqlı "Soltera" ifa edərkən özünəməxsus rəqs hərəkətlərini nümayiş Şakira pərəstişkarlarından birinin xoşagəlmə...