Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.

 

Sfera.az xəbər verir ki, qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, sürətli yayılmasına görə fərqlənir. Virusa yoluxanların iddiasına görə, qripin müalicəsində istifadə olunan dərmanlar heç biri effektiv nəticə vermir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir.

 

Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicədən sonra sağala bilirlər.

 

Bəziləri bunun COVID-19 virusunun mutasiyaya uğramış yeni variantının olduğunu da iddia edirlər.

 

Bəs bu virus nədir?

 

Mövzu ilə bağlı Bizim.media-ya danışan infeksionist Vasif Əliyev deyib ki, bu cür simptomlara səbəb olan yüzlərlə virus ola bilər:

 

"Hər bir insanda fərqli viruslar səbəbindən bu cür xəstəlik yarana bilər. Bu əlamətlər qripdə, koronavirusda, adenovirusda və bir çox virusda ola bilər. Həmçinin ölkədə konkret olaraq ciddi bir epidemik hal olmadığına görə hər birinə bağlı ola bilər. Yəni konkret bir virusa bağlamaq olmaz, hər biri eyni əlamətləri yarada bilər".


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...