Azərbaycanda son günlərdə kütləvi yayılan xəstəlik NƏDİR? - Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda son günlərdə kütləvi yayılan xəstəlik NƏDİR? - Həkimdən XƏBƏRDARLIQ

Son zamanlar bütün dünyada və Azərbaycanda qrip və üst tənəffüs yolu viral infeksiyaları geniş yayılıb. Bu infeskion xəstəliklər adi qripdən fərqlənir. İnsanların qripə qarşı istifadə etdikləri müalicə üsullarının heç bir təsiri olmur.

 

Bəs bu xəstəliyin qrip, yoxsa "COVID-19"un mutasiyası olduğunu necə bilmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist həkim Gülnarə Əhmədova bildirib ki, əsasən, 4 tip virus daha çox yayılmaqdadır.

 

"İnfluenza, İnfluenzanın A tipi, "COVID-19" respirator sinsitial virusu və rinovirus. İnfluenza daha çox qripə bənzəyir və ondan bir sıra əlamətlərinə görə fərqlənir. İnfluenza A, B, C olaraq 3 tipə bölünür. Onun A qrupuna insanlarda daha çox rast gəlinir. Bəzi özəl xəstə qrupları var ki, onlar bu xəstəliyi daha ağır keçirdirlər. Onlara, əsasən, 5-6 yaşlı uşaqlar, 65 yaşdan böyük və xronik ağciyər xəstəlikləri olan şəxslər daxildir. Bu xəstə qrupunda olanlar xüsusilə diqqətli olmalıdırlar. Bu xəstəlik hava damcı yolu ilə yoluxur. Virus günəş şüaları altında məhv olur. Əsas inkubasiya dönəmi 1-4 gün təşkil edir. Bəzi şəxslərdə 7 günə qədər uzana bilir. Bidən-birə bədən hərarətinin yüksəlməsi, şiddətli qızdırma, öskürək, bəlğəm, boğaz ağrısı, əzələ və oynaq ağrıları əsas klinik əlamətləridir. İnfluenza uşaqlarda qastrointestinal əlamətlər, ishal, ürək bulanma və qusma ilə müşahidə edilə bilər. Bəzi ağırlaşdırıcı faktorları olan şəxslərdə isə 10 gün davam edir. Ona görə də klinik əlamətlərin gedişatı insandan insana dəyişir”.

 

Həkim qeyd edib ki, ilk olaraq xəstələrə yataq istirahəti və bol miqdarda maye qəbul etmək tövsiyə olunur.

 

“Bu xəstəliyi digər şəxslərə yoluxdurmamaq üçün xəstənin izolyasiya edilməsi vacibdir. Hər xəstədə antiviral müalicədən istifadə olunmur. Sadəcə özəl xəstə qruplarında simptomların biruzə çıxdığı ilk gün antiviral müalicə üsulundan istifadə olunur. Həkim təyinatı olmadan antibiotiklərin istifadəsi məsləhət deyil. Çünki antibiotiklərin heç bir effekti olmur. Xəstəliyi yalnız klinik əlamətlərinə görə müəyyən etmək mümkün deyil. Bu virusun Covıd olmadığını dəqiqləşdirmək üçün xəstədən nazofarengeal yaxma götürülür və yoxlanılır. Covid olmadığı təsdiqləndikdən sonra xəstəyə qarşı uyğun müalicə üsullarından istifadə olunur. Xəstəliklərdən qorunmaq üçün pandemiya olmasa belə, payız-qış aylarında maskadan istifadə etmək lazımdır. Xəstə şəxslərlə məsafə saxlamaq və otağın havasının tez-tez dəyişdirilməsi də əsas şərtlərdəndir. Hər il, xüsusilə risk qrupunda olan şəxslərin qrip peyvəndi (tetravalan) etdirməsi məsləhət görülür”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR