"Qiyməti olduqca yüksək, hətta korluğa səbəb olur" - Həkimdən bu əməliyyatla bağlı XƏBƏRDARLIQ!

"Qiyməti olduqca yüksək, hətta korluğa səbəb olur" - Həkimdən bu əməliyyatla bağlı XƏBƏRDARLIQ!

Son zamanlar dünyada göz rəngini dəyişmək trendi yaranıb. İlk dəfə Amerika Birləşmiş Ştatlarında məşhurlaşan göz rənginin dəyişdirilməsi əməliyyatı daha sonra Avropa ölkələrində yayılıb. Ölkəmizdə də əməliyyatla göz rənginin dəyişdirilməsi mümkündür.

 

Bəs bu əməliyyatın nə kimi fəsadları var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan oftalmoloq Fidan Ağayeva bildirib ki, bu əməliyyat zamanı lazer və ya iynə vasitəsilə buynuz qişanı kəsib içinə rənglənmə piqmentini yerləşdirirlər.

 

“Bu piqmentlər gözün təbii rəngini maskalayır və bədənə edilən tatuaj proseduruna bənzəyir. Bir neçə rəng var ki, onlar daha çox istifadə olunur. Mavi, boz və bal qəhvə rəngləri bu siyahıdadır. Lazerlə gözə ötürülən piqmentlərin də zamanla rəngi dəyişə bilər. Bu zaman təkrar boyama prosedurundan istifadə olunur”.

 

Həkim qeyd edib ki, bu prosesin bir sıra risk faktorları mövcuddur.

 

“Gözdə katarakta əmələ gəlir. Bu isə çox təhlükəlidir. Göz rəngini ancaq kontakt linzalardan istifadə edərək dəyişmək məsləhət görülür. Əməliyyat zamanı və əməliyyatdan sonra gözə infeksiya keçmə ehtimalı çox yüksəkdir. Bu isə gözdə iltihablanmaya və korluğa qədər apara bilir. Bu əməliyyat sadəcə estetik məqsədilə edilir və heç bir müalicəvi xüsusiyyəti yoxdur. Əməliyyatın qiyməti də olduqca yüksəkdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Türkiyədə uçuşlarda fasilələr yarandı - SƏBƏB

Yağış və güclü külək Türkiyənin böyük şəhərləri - İstanbul, Ankara və Antalyada hava nəqliyyatında fasilələrə səbəb olub.   Sfera.az xəbər verir ki, ...

"Tramp Ukraynanın dağılmasına imkan verməyəcək" - Antonio Kosta

Avropa Şurasının gələcək rəhbəri Antonio Kosta ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Çin, İran və KXDR-dən gələn təhdidlər fonunda Ukraynanın dağılmas...

Türkiyədə “UnionPay” kart sisteminə xidmət dayandırıldı

Türkiyənin maliyyə qurumları Rusiyanın “Gazprombank” bankının “UnionPay” katr sisteminə xidməti dayandırıb.   Sfera.az xəbər ...

“ABŞ sürətlə iflasa yaxınlaşır” – Maskdan XƏBƏRDARLIQ!

“Hazırda ABŞ sürətlə iflasa yaxınlaşır”.   Sfera.az bildirir ki, bunu amerikalı iş adamı İlon Mask deyib. O bu barədə “X” sos...

COP29 zolaqlarındakı yol nişanları sökülür - RƏSMİ

COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq A...

FHN-dən zəlzələ ilə bağlı AÇIQLAMA: "Dağıntı və xəsarət..."

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.   Nazirlikdən Sfera.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağı...