Bu travmalar yuxusuzluq və depressiya yaradır - ARAŞDIRMA

Bu travmalar yuxusuzluq və depressiya yaradır - ARAŞDIRMA

Yeni bir araşdırmaya görə, hətta yüngül beyin sarsıntısı keçirən şəxslərdə yuxuya getmə və depressiya kimi ciddi problemlər ola bilər. 


Sfera.az xəbər verir ki, Böyük Britaniyada yerləşən Kembric Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu 40-59 yaş arası 600-dən çox insanla söhbət edib, onların müayinəsini aparıb.


Bu insanların təxminən üçdə biri əvvəllər huşunu itirməsinə səbəb olan travmatik beyin zədəsi keçirib. İştirakçılar maqnit rezonans tomoqrafiyası (MRT) edilib və onların idrak, yuxu, depressiya, yeriş və ürək-damar xəstəlikləri riski ölçülüb. 


Məlum olub ki, kişilərin təxminən yarısı (48,7 faiz), qadınların isə 28,1 faizi ən azı bir dəfə beyin sarsıntısı keçiriblər. MRT-lər insanların beyinlərindəki qan damarlarında dəyişikliklərin olduğunu göstərib. 


Tədqiqat həmçinin beyin sarsıntılarının yuxu problemləri, yeriş pozğunluqları, daha ağır depressiya simptomları və yaddaş pozğunluqlarına səbəb olduğunu üzə çıxarıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR