Vəkil Əsabəli Mustafayevin vəziyyəti AÇIQLANDI

Vəkil Əsabəli Mustafayevin vəziyyəti AÇIQLANDI
Kateqoriya məlum deyil
T

Ötən gün səhhəti ilə bağlı reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qulaməli oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub:

 

“Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra 21.08.2024-cü il tarixində Terapiya şöbəsinə köçürülüb”.

 

Mərkəzdən bildirilib ki, müalicə tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR