Bu xəstəliyi olanlar 14 gün ərzində əməliyyat olunmasa... - Həkimdən XƏBƏRDARLIQ!

Bu xəstəliyi olanlar 14 gün ərzində əməliyyat olunmasa... - Həkimdən XƏBƏRDARLIQ!

Pasientlər üzərində aparılan müəyyən əməliyyatlar üçün yaş kateqoriyası olur. Bu əməliyyatlardan biri də ürək problemləri ilə bağlıdır. Ürək qüsurları bir sıra uşaqlarda da müşahidə olunur. Valideynlərin əksəriyyəti də əməliyyat üçün övladlarının böyüməsini gözləyirlər.

 

Bəs uşaqları ürək əməliyyatı etdirmək olarmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan kardioloq Samirə Hacıyeva bildirib ki, pasientlərə xəstəliyin növünə və ağırlıq dərəcəsinə görə müdaxilə olunur.

 

“Uşaqlarda magistral damarın transpozisiyası xəstəliyi ilk 14 gün içərisində əməliyyat olunmalıdır. Bu xəstəlik anadangəlmə ürək patalogiyası olub, əsas damarların yerdəyişməsidir. Əməliyyat 14 gün ərzində olmazsa, uşaq ölə bilər. Xəstəyə fərdi yanaşılmalıdır. Uşaqlar böyüdükcə onlarda olan ürək problemləri daha da çoxalır. Buna görə də vaxtında müdaxilə etməyin böyük əhəmiyyəti var. Valideynlər yeni doğulmuş övladlarını dərhal əməliyyat etdirmək istəmir. Lakin xəstəlik onu tələb edirsə, dərhal əməliyyata götürülür. Bəzi xəstəliklər var ki, onlara sadəcə yaşamaq üçün müdaxilə edilir. Yəni xəstəliyin fəsadları pasientdə həyatı boyunca davam edə bilir. Tək mədəcik cərrahi əməliyyatı keçirən uşaq daima nəzarətdə saxlanılmalıdır”.

 

Həkim qeyd edib ki, anada və atada ürək qüsuru varsa, bu xəstəlik uşaqlarda da ola bilər.

 

“Məhz bu baxımdan hamiləliyin 4-cü ayından sonra uşaq kardioloqu dölü yoxlamalıdır. Döldə ürək probleminin olub-olmadığını müəyyənləşdirmək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...