Bu testlə gündəlik qan şəkərini yoxlaya bilərsiniz - TƏBİB AÇIQLADI
HbA1C testi aclıq qan şəkəri normal olduğu halda gizli gedən diabeti ortaya çıxarır.
Sfera.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qeyd olunub ki, test qandakı qlükozanın səviyyəsinə bağlı olaraq son 2-3 aydakı şəkər səviyyəsini göstərir:
“HbA1C testi diabet öncəsi - prediabet dövrünün (gizli şəkər), qan şəkərinin səviyyəsində gecə yuxudaykən meydana gələn dalğalanmalar kimi halların müəyyən edilməsi üçün vacibdir. Test gündəlik qan şəkərini təsdiq edə, eləcə də müalicə planının işə yarayıb-yaramadığını müəyyən edə bilər”.
Qurum sözügedən testlə bağlı bunu əlavə edib:
“HbA1c testindən hədəfə çatmısınızsa, ildə 2 dəfə, istədiyiniz nəticə əldə etməmisinizsə, 4 dəfə bu testdən keçə bilərsiniz”.
Türkan