Yay aylarında dəriyə necə qulluq etmək lazımdır? - TÖVSİYƏ
Yay aylarında dəri hamarlığını itirməyə meyilli olur. Bu səbəbdən dəri baxımına daha çox diqqət yetirmək lazımdır.
Sfera.az xəbər verir ki, bu mövsümdə C vitamini və günəş kremindən istifadə mütləqdir. Bu vitamin günəş işığının təsirindən dəridə yaranan ləkələri aradan qaldırır.
Günəş kremləri də dərinin tipinə uyğun seçilməlidir. Hər 2-4 saatdan bir günəş kremi çəkmək lazımdır.
Bundan əlavə gözaltı krem seçərkən xüsusi diqqət göstərilməlidir. Tərkibi su əsaslı olan nəmləndiricilərə üstünlük vermək lazımdır. Bəzən insanlar qatı konsentrasiyalı nəmləndiricilərdən istifadə edirlər. Ancaq yayda bu cür nəmləndiricilər dəridə yağlanmaya və ləkələrin yaranmasına səbəb olur.
Sağlam dərini sadəcə xaricdən yox, daxildən də qidalandırmaq lazımdır. Bunun üçün gün ərzində çox su içmək lazımdır.
Asya