Logo

Ötən ay Bakıda 27 nəfəri gün vurdu

Ötən ay Bakıda 27 nəfəri gün vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Sfera.az-a Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub, 20-nə yerində yardım göstərilib, 2-si isə hospitalizasiyadan imtina edib: "Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir".

Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub, 7 nəfərə isə yerində yardım göstərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR