Yemişin insan orqanizminə MÖCÜZƏVİ FAYDALARI
Yay aylarında qida rasionumuzda xüsusi yer tutan yemişin bir sıra faydaları var.
Sfera.az xəbər verir ki, bu qida həzm prosesini stimullaşdırır.
Yemiş bədənin susuzluğunu yatırmaqda da faydalıdır. 1 dilim yemişin tərkibində 180 ml su olur.
Kaliumla da zəngin olan yemiş böyrəklərin funksiyasını stimullaşdırır və qan təzyiqini tənzimləyir. Azot oksidi adlı maddənin istehsalını aktivləşdirərək qan damarlarındakı gərginliyi aradan qaldırır.
Şirin yemiş şəkərli diabet riski olan şəxslər üçün də faydalıdır. Belə ki, o qan şəkərinin miqdarını tənzimləyir.Tərkibində olan C və K vitaminləri, maqnezium, kalium və antiokdisantlar nəticəsində sümük əmələ gəlmə prosesində iştirak edir. Çanaq sınığı və osteoporoz riskini aşağı salır.
Dərinin elastik olması və kollagen balansının qorunması üçün C vitamini olduqca vacibdir. Bol C vitamini ehtiva edən yemiş dəri üçün olduqca faydalıdır. Yemişi bol yeyənlərdə dəri xəstəlikləri- dəmirov, ekzema olmur. Yemiş nəinki saç tökülməsinin qarşısını alır hətta saçların gur və qalın çıxmasına səbəb olur.
Asya