Alimlərdən həyəcan təbili - Gecə işıqlı otaqda yatmaq bu xəstəliyi YARADIR

Alimlərdən həyəcan təbili - Gecə işıqlı otaqda yatmaq bu xəstəliyi YARADIR

Avstraliyanın Flinders Universitetinin alimləri müəyyən ediblər ki, gecələr parlaq işığa məruz qalmanın məhdudlaşdırılması 2 tip diabetin inkişaf riskini azaltmaq üçün sadə üsul ola bilər. 


Sfera.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "The Lancet Regional Health-Europe" jurnalında dərc olunub.

 

Araşdırmada şəkərli diabeti olmayan təxminən 85 min insan iştirak edib. Könüllülər gecə-gündüz olduqları otaqların işıq səviyyəsinə nəzarət etmək üçün bir həftə ərzində biləklərinə xüsusi cihazlar taxıblar. Təcrübənin birinci mərhələsi başa çatdıqdan sonra subyektlərin doqquz illik müşahidə mərhələsi başlanıb. Ümumilikdə, elm adamları 13 milyon saat ərzində işığın intensivliyi haqqında məlumatları təhlil ediblər.

 

İştirakçıları izlədikdən və sağlamlıq məlumatlarını topladıqdan sonra tədqiqatçılar gecə saatlarında artan işığa məruz qalmanın (günorta 12:30-dan səhər 6:00-a qədər) 2-ci tip diabetin inkişafı riskinin daha da yüksəltdiyini müəyyən etdilər. Bununla belə, bu korrelyasiya həyat tərzi, yuxu rejimi, iş qrafiki, pəhriz və psixi sağlamlıq kimi bu xəstəliklə əlaqəli digər amillər nəzərə alındıqda da belə qalıb. Bundan əlavə, yüksək səviyyəli gecə işığında, iştirakçıların gün ərzində nə qədər işıq qəbul etmələrindən asılı olmayaraq, diabetin inkişaf ehtimalı yüksək olaraq qalıb.

 

Alimlər gecə təbii qaranlığın olmamasının insanın sirkadiyalı ritmlərinin pozulmasının səbəbi və orqanizmin qan şəkərinin səviyyəsini tənzimləmək qabiliyyətinin azalmasının təxribatçısı ola biləcəyini irəli sürüblər. İnsulinin ifrazında və qlükoza mübadiləsində patoloji dəyişikliklər öz növbəsində şəkərli diabetin inkişafına səbəb ola bilər.


İnci


OXŞAR XƏBƏRLƏR

DYP-dən küləkli hava ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a İdarədən məlumat verilib...

PSJ futbolçusu ilə müqavilənin müddətini uzadacaq

Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzadacaq.   Sfera.az-ın məlumatına görə, tərəflər artıq bununla bağlı razılığa ...

Aliment fondu nədir, necə fəaliyyət göstərir, Azərbaycanda yaradıla bilərmi? - AÇIQLAMA

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36651 nikah, 15964 boşanma qeydə alınıb, 1000 nəfərə 4,8 nikah, 2,1 boşanma düşüb. Təbii ki, boşanmalardan h...

Onlayn formada nikah belə bağlamaq olar - VİDEO

Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. Bəs proses necə aparılır?   Sfera.az xəbər...

Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "...

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanıldı

Polis əməkdaşlarının noyabrın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib. &nb...