Üstünə dəmir hasar aşan azyaşlının vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Üstünə dəmir hasar aşan azyaşlının vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Dəmir hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzdə həyata qaytarılıb.


Sfera.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Aydın Nuri məlumat verib.


“Dəmir hasarın üstünə çıxarkən yıxılan və hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. 4 yaşlı uşaq qarının qapalı travması, qarın boşluğu orqanlarının travması, acı bağırsağın cırılması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib”. 


Aydın Nuri qeyd edib ki, ilkin tibbi yardım göstərildikdən sonra xəstə təcili əməliyyata alınıb:


“KTM-in uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə baş tutan əməliyyatda cırılmış bağırsağın tikilməsi, qarın boşluğunun təftişi, drenajı prosedurları icra edilib. Əməliyyatdan sonra vəziyyəti stabil olan xəstənin həkim nəzarətində stasionar müalicələri davam etdirilib. Səhhətində müsbət dinamika müşahidə edilib”. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Yeni sanksiyalar nefti bahalaşdıracaq? - Çin və Hindistan hədəfdə

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...

Universitetlərə ixtisas seçiminin TARİXİ AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025 ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.   Bu ...

Gömrük Komitəsində otağı su basdı - VİDEO

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.   Sf...

Bu şəxslər 5 il tez pensiyaya çıxacaq - Qərar verildi

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişikli...

Avtomobil sürən Haski meqapolisdə hərəkəti iflic etdi - VİDEO

Hindistanın Mumbay meqapolisindəki hərəkətli yollardan birinin ortasında böyük tıxac yaranıb. Şahidlər “cinayətkarı” videoya çəkmək qərarına gəldikd...

Laçında yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi bar...