Ambulansın üzərinə ağac aşdı: Hamilə qadın...

Ambulansın üzərinə ağac aşdı: Hamilə qadın...

İyun ayının 20-də Yevlax Rayon Mərkəzi Xəstəxanasından 2006-cı il təvəllüdlü şəxsin doğuş prosesi ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

 
Sfera.az
xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Hicraənə İsmayılova bildirib. 


O qeyd edib ki, dərhal çağırış ünvanına Yevlax rayonu üzrə təcili tibbi yardım briqadası cəlb olunub.

 

“Briqada hospitalizasiya prosesini həyata keçirərkən güclü küləyin təsiri ilə nəticələnən qəza baş verib. Nəticədə sanitar avtomobilin üzərinə ağac budağı aşıb. Təcili tibbi yardım avtomobilinin sürücüsünün yüksək çevikliyi nəticəsində pasiyent heç bir xəsarət almadan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ağac aşması nəticəsində təcili tibbi yardım heyəti yüngül xəsarətlər alıb və buna baxmayaraq, öz iş fəaliyyətini sona qədər uğurla yerinə yetiriblər. Onların vəziyyəti qənaətbəxşdir. 


Qeyd edək ki, hospitalizasiya olunan ananın 21.06.2024-cü il tarixində saat 02:00 radələrində cinsi kişi, boyu 53 sm., çəkisi 3 800 qr. olan körpəsi dünyaya gəlib. Hazırda ananın və körpənin vəziyyəti stabildir”.


Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR