Üz dərisini cavanlaşdıran QİDALAR - ADLAR

Sağlıq
15:23 / 19.06.2024
14962
Makiyaj, stress, hava şəraiti ilə yanaşı, bir çox səbəblər dərimizin yorulmasına, təravətini itirməsinə səbəb olur. Bir sıra vasitələr var ki, dərinin qidalanmasında mühüm rol oynayır.
Sfera.az həmin qidaları təqdim edir:
Limonlu su
Limonlu su içmək dəri hüceyrələrinin detoksuna və məsamələri bağlayan yad cisimlərin kənarlaşmasına kömək edir. Tərkibindəki C vitamini dəriyə parlaqlıq verir.
Giləmeyvələr
Moruq, qaragilə, çiyələk və qarağat kimi giləmeyvələr tərkibindəki antidioksantlar sayəsində dərini cavan saxlamağa kömək edir.
Alma
Gündə bir ədəd alma yemək qarın piylərinin əriməsinə kömək edir. Alma həmçinin maddələr mübadiləsini tənzimləyən qidalardan biridir.
Ülkər Abdurahmanlı