Qurban bayramında necə qidalanmaq lazımdır? - Dietoloqdan MƏSLƏHƏT

Qurban bayramında necə qidalanmaq lazımdır? - Dietoloqdan MƏSLƏHƏT

Sağlamlığımız üçün bütün qida qruplarının balanslı miqdarda olması vacibdir. Xüsusilə Qurban bayramında qırmızı ət istehlakı çoxalır.

 

Sfera.az bildirir ki, məhz bu səbəbdən bu cür bayramlarda pəhriz olduqca önəmlidir.

 

Mütəxəssislərin fikrincə, ətin həddindən artıq istehlakı mədə ağrısı, qəbizlik və həzm problemlərinə səbəb ola bilər. Buna görə də insanlar ətlə yanaşı, çiy və ya bişmiş tərəvəzlərə və yüksək lif tərkibli tam taxıllara üstünlük verməlidirlər.

 

Qatıq, ayran, kefir kimi qidalar da ət istehlakından 2 saat sonra qəlyanaltı olaraq istehlak edilə bilər.

 

Türkiyəli dietoloq Yekbu Köseoğlu da bayram zamanı qidalanma sirlərini açıqlayıb. O qeyd edib ki, bayramlarda qırmızı ətdən sonra xəmir, şərbət və ya südlü desertlər daha çox istehlak edilsə də, bu, düzgün deyil:

 

“Şərbətli və xəmirli desertlər yerinə südlü desertlər, dondurma, şərbət və ya meyvəli desertlər seçmək daha sağlam olardı. Əlbəttə ki, yalnız desert seçiminizi dəyişdirmək kifayət deyil, həm də porsiyaya nəzarət və tezliyə diqqət yetirməlisiniz. Həmçinin isti havaları nəzərə alsaq, bol su içmək də vacibdir. Gündə 2-3 litr su içmək lazımdır. Həddindən artıq istehlak edilən çay və qəhvə isə sidikqovucudur, biz düşünə bilərik ki, bədənə su daxil olur, amma bu, belə deyil. Suyu çay və ya qəhvə ilə əvəzləmək mümkünsüzdür”.

 

Dietoloq bildirib ki, bunlarla yanaşı, insanlar hərəkətdə olmalıdırlar:

 

“Qida balansı önəmlidir, amma idman da bir o qədər əhəmiyyət kəsb edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR