Şəkərin müalicəsində istifadə edilən məşhur dərman böyrəklər üçün də xeyirlidir - ARAŞDIRMA + FOTO

Şəkərin müalicəsində istifadə edilən məşhur dərman böyrəklər üçün də xeyirlidir - ARAŞDIRMA + FOTO

Şəkər xəstəliyinin müalicəsində istifadə edilən arıqladıcı iynə "Ozempic"in böyrəklərə də xeyirli olduğu müəyyən edilib.

 

Sfera.az xəbər verir ki, əvvəlki araşdırmalar iştahı boğan bu cür arıqlama inyeksiyalarının infarkt və insult riskini azalda biləcəyini müəyyən etmişdi. Bu fayda "Ozempic" və "Wegovy" kimi inyeksiyalarda "semaqlutid"  adlı birləşmə ilə təmin edilir. 

 

"The New England Journal of Medicine" jurnalında dərc edilən yeni bir araşdırmada bu maddənin II tip diabet və xroniki böyrək xəstələrində ciddi böyrək ağırlaşmalarını, ürək sağlamlığı problemləri və ölüm riskini azaltdığı qeyd olunub.

 

"Ozempic" istehsalçısı Novo Nordisk tərəfindən maliyyələşdirilən tədqiqat həm II tip diabetdən, həm də xroniki böyrək xəstəliyindən əziyyət çəkən 3533 insanı izləyib. Xəstələrin təxminən yarısı təqribən iki il ərzində hər həftə aşağı dozada "semaqlutid" qəbul edib, digərlərinə isə "plasebo" verilib.

 

Tədqiqatçılar daha sonra iştirakçıları təxminən 3,5 il izləyiblər və müəyyən ediblər ki, semaqlutid qəbul edən xəstələrin böyrək funksiyasını itirmək və ya dializ, böyrək transplantasiyasına ehtiyac kimi ciddi problemlərlə qarşılaşma ehtimalı 24 faiz azdır.Həmçinin qeyd olunub ki, bu qrupda infarkt kimi böyük bir ürək probleminin yaranma ehtimalı 18 faiz, hər hansı səbəbdən ölmə ehtimalı isə 20 faiz aşağıdır. 

 

Tədqiqat qrupu hal-hazırda arıqlama inyeksiyalarından olan bu maddənin şəkərli diabeti olmayan böyrək xəstələrinə oxşar təsiri olub-olmadığını araşdırmağı planlaşdırır.

 

İnci


OXŞAR XƏBƏRLƏR