Arıqlamaq üçün karbohidratlardan imtina etmək vacibdirmi?

Arıqlamaq üçün karbohidratlardan imtina etmək vacibdirmi?

Belə bir mif var ki, arıqlamaq üçün karbohidratları yeməyi dayandırmaq lazımdır. Əslində bu tam da doğru deyil, çünki karbohidratların heç də hamısı kökəltmir.

 

Mütəxəssislərin sözlərinə görə, quruluşuna görə karbohidratlar sadə (sürətli) və mürəkkəb (yavaş) olur.

 

Sadə olanlar (şirniyyatlar) dərhal enerji verir, lakin qanda insulinin kəskin sıçrayışına səbəb olur. Buna görə də, ac olanda şirniyyat yemək istəyirik - bədən tez doymağa çalışır. Ancaq belə bir qəlyanaltı aclığı təmin etmək üçün çox qısa müddətli təsir göstərir. Tezliklə bədən yenidən yemək istəyəcək.

 

Ancaq yavaş karbohidratlar qan şəkərini artırmır. Onlar bədəni yavaş-yavaş enerji ilə təmin edir və uzun müddət toxluq təsirini saxlayırlar. Yavaş karbohidratlar tam taxıllarda olur. Buna görə də dietoloqlar səhərlər sıyıq yeməyi məsləhət görürlər.

 

Bəs ən az karbohidrat hansı sıyıqda var?

 

Yulaf - az karbohidratlı dənli bitkilər arasında çempiondur. Çox qidalıdır və tərkibində "B" vitaminləri, fosfor, manqan, kalium və maqnezium var. Ən sağlam minimal işlənmiş olanlardır.

 

Yabanı düyü - Adi düyüdən fərqli olaraq, yabanı düyü daha az kalorili, daha çox lif ehtiva edir, özündə bir çox qiymətli antioksidant və vitaminlər ehtiva edir.

 

Kuskus - Bərk buğdadan hazırlanır, kalorisi azdır. Tərkibində selen, mis, manqan və "B" vitaminləri yüksəkdir.

 

Bulqur - Bərk buğdadan hazırlanır və çoxlu lif, "B" vitaminləri, fosfor, kalium, kalsium və maqnezium ehtiva edir.

 

Arpa - Qaba taxıllar arasında ən sağlamıdır, onların tərkibində çoxlu qiymətli pəhriz lifi və "B" vitaminlərinin demək olar ki, hamısı var.

 

Bütün taxıllarda karbohidratların udulmasını yavaşladan çoxlu qaba liflər var. Həkimlər xatırladır ki, belə məhsulların qəbulu ateroskleroz və yoğun bağırsaq xərçənginin inkişaf riskini azaldır. Oxu.az


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...