Azərbaycanda yeni yoluxucu xəstəlik AŞKARLANDI - RƏSMİ

Azərbaycanda yeni yoluxucu xəstəlik AŞKARLANDI - RƏSMİ

2024-cü ilin 6 iyun tarixində Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb.

 

“Hər üç şəxs Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir”.

 

Qeyd edək ki, qarayara kimi tanıdığımız xəstəliyin adı “Sibir yarası”dır. Qarayaranın infeksiya mənbəyi adətən xəstə ev heyvanlarıdır.

 

Xəstəlik at, eşşək, qoyun, keçi, dəvə, donuz və bəzən maralda da ola bilər. Bu heyvanlar infeksiya mənbəyidir. Yoluxma daha çox kontakt yolla keçir. Çox az hallarda xəstələnmiş heyvanın əti istehlak olunduqda bu infeksiyaya yoluxmaq mümkündür. Nadir hallarda isə hava və ya toz yolu ilə yoluxma olur. Yoluxan heyvanın dərisinin emalı gedirsə, yaxud onun yunundan istifadə edilirsə, o zaman hava və ya toz yolu ilə yoluxma baş verir. Qan yolu ilə də bu proses gedə bilər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...