Uzun müddət cinsi əlaqədə olmamaq qadınlarda bu problemi yaradır - Həkimdən XƏBƏRDARLIQ!

Uzun müddət cinsi əlaqədə olmamaq qadınlarda bu problemi yaradır - Həkimdən XƏBƏRDARLIQ!

Cinsi əlaqə sadəcə insanlar arasında münasibətləri gücləndirməyə kömək edən xoş bir proses deyil. Həm də insan sağlamlığı üçün olduqca önəmlidir.

 

Bəs intim münasibətin insan orqanizmi və qadınlar üçün faydaları nədir?

 

Mövzu il bağlı Sfera.az-a danışan həkim ginekoloq Arzu Hacıyeva bildirib ki, tez-tez və ya müntəzəm cinsi əlaqədə olan qadınlar menstrual ağrılardan daha az əziyyət çəkirlər.

 

“Amma uzun müddət kişi ilə cinsi münasibətdən imtina edən qadınlar xoşagəlməz nəticələrlə üzləşirlər. Belə qadınlarda daha çox yuxu problemi olur. Bədən orqazm olduqdan sonra təbii yuxu köməkçisi rolunu oynayan prolaktin və oksitasin hormonları istehsal olunur. Buna görə də yuxu problemindən əziyyət çəkən insanlar tez-tez cinsi əlaqə zamanı problemlər yaşayırlar. Qadınlarda keyfiyyətsiz yuxu səbəbindən bədən daha az miqdarda estrogen qrupunun hormonlarını istehsal edir. Bu hormonlar yalnız bədənin gəncliyi baxımından deyil, həm də cinsi istəyin artması baxımından önəmlidir. Cinsi əlaqəyə uzun müddət fasilə vermək özünə inamsızlığın artmasına səbəb olur. Bu zaman insanlar yaxınlıq qurmaqdan çəkinirlər”.

 

Ginekoloq qeyd edib ki, müntəzəm olaraq cinsi əlaqədə olan insanlar 7- 10 yaş cavan görsənirlər.

 

"Lakin intim həyatı olmayan şəxslərin bədəni daha tez qocalır. Estrogen hormonu qadınların orqanizmində gəncliyin qorunmasında böyük rol oynayır”.

 

Asya


OXŞAR XƏBƏRLƏR