İnfarkt riski bu hallarda daha yüksəkdir - ABŞ-li alimlərin ARAŞDIRMASI

İnfarkt riski bu hallarda daha yüksəkdir - ABŞ-li alimlərin ARAŞDIRMASI

Depressiyadan və ya narahatlıqdan əziyyət çəkən insanların prezident seçkiləri də daxil olmaqla stresli hadisələr zamanı infarkt keçirmək riski daha yüksəkdir. 


Sfera.az xəbər verir ki, bu, Amerika Kardiologiya Kollecinin dərc etdiyi araşdırmanın nəticələrində göstərilir.

 

Tədqiqatda kəskin koronar sindrom (ACS) - infarkt keçirmiş şəxslər də daxil olmaqla ürəyə qan axını azalmış 18,5 min insan iştirak edib. Onlardan 1,8 min nəfəri 2000-ci ildən 2020-ci ilə qədər ACS keçirib.

 

Nəticələrə görə, stressə meyilli insanların Milad bayramından on gün sonra, eləcə də prezident seçkilərindən beş gün sonra infarkt keçirmə ehtimalı yüksəkdir.

 

Qeyd edək ki, ABŞ-də 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. 2023-cü ildən seçki yarışı başlayıb. Hazırda 2 namizəd var : prezident Cozef Bayden və ABŞ-nin sabiq prezidenti Donald Tramp.

 

Mayın sonunda məhkəmə heyəti Donald Trampı porno ulduz Stormi Danielsə pul ödəmələrini gizlətmək üçün sənədləri saxtalaşdırmaqda təqsirli bilib. Məhkəmə yekun hökmü iyulun 11-də elan edəcək. Bu ittihama görə maksimum cəza 130 ildən çox həbsdir. Siyasətçi özü də işin siyasi motivli olduğunu nəzərə alaraq, günahını rədd edir. 

 

İnci


OXŞAR XƏBƏRLƏR