Logo

Ötən ay 100 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var

Ötən ay 100 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

May ayında 100 nəfər zəhərlənib.

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

“Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib”, - qeyd olunub.

Qurumdan əlavə edilib ki, ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR