Eşşək südünün bilmədiyiniz FAYDALARI - Mütəxəssisdən AÇIQLAMA

Eşşək südünün bilmədiyiniz FAYDALARI - Mütəxəssisdən AÇIQLAMA

Son vaxtlar eşşək südünün istifadəsi geniş yayılıb. Bir çox insanlar tərkibi bu süddən ibarət kremlərin istifadəsinə də üstünlük verirlər.

 

Bəs eşşək südünün nə kimi faydaları var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bütün heyvan südlərinin tərkibi eynidir.

 

“Sadəcə olaraq bu süd tərkibindəki yağlılığa, kalsium və digər mineralların miqdarına görə fərqlənir. Eşşək südündə daha çox kalsium olduğuna görə, bu, xüsusilə sümüklərin daha yaxşı inkişaf etməsinə, kiçik yaşlarda dişlərin sağlam olmasına gətirib çıxarır. Eyni zamanda, sınıq, çıxıq kimi ağrılarda və yaxud oynaq ağrılarında müalicə zamanı eşşək südü tövsiyə olunur. Bu südün insan orqanizminə bir çox faydaları mövcuddur. Həzm sistemində problem olan və qəbizlik problemləri yaşayan insanlara eşşək südü çox faydalı hesab olunur".

 

Mütəxəssis qeyd edib ki, eşşək südünün normal südlər kimi istifadə olunması düzgün deyil.

 

“Az miqdarda, sadəcə dərman vasitəsi kimi bişirilmədən qəbul olunmalıdır. Hər hansı bir allergiyası olan insanlar eşşək südü istifadə etməməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR