Həkimdən nəm salfet işlədənlərə XƏBƏRDARLIQ! - "Çox təhlükəlidir"

Həkimdən nəm salfet işlədənlərə XƏBƏRDARLIQ! -

Məişətdə, işdə, məktəbdə, yolda və bir çox yerlərdə təmizləyici vasitə kimi nəm salfetlərdən istifadə edirik.

 

Bəs bu salfetlərin insan orqanizminə zərəri varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim dermatoloq Nigar Abdullayeva bildirib ki, bu salfetlərin dəriyə və uşaq sağlamlığına zərərləri çoxdur.

 

“Hətta böyüklərə belə çox zərərlidir. Elə olur ki, ağız ətrafını nəm salfetlərlə sildikdən sonra müəyyən yaralar əmələ gəlir, dəri zədələnmələrinə səbəb ola bilər. Nəm dəsmalların tərkibində kimyəvi maddələr mövcuddur. Uşaqlı analara bu təmizləyici vasitədən ehtiyatla istifadə etməyi tövsiyə edilir”.

 

Həkim qeyd edib ki, bu salfetlər allergik reaksiyalara da səbəb olur.

 

“Xərçəng xəstəliyinə belə səbəb olacaq nəm salfetlərin istifadəsini bir qədər azaltmaq lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR