Kişi və qadın beyinləri arasındakı fərqlər ortaya çıxdı - ARAŞDIRMA 

Kişi və qadın beyinləri arasındakı fərqlər ortaya çıxdı - ARAŞDIRMA 

Stanford Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma, yuxu görmə, yaddaş və qərar qəbul etmədən məsul olan sahələrdə kişi və qadın beyinləri arasında fərqləri ortaya çıxarıb.

 

Sfera.az bildirir ki, Stenford Universitetinin tədqiqatçıları 20-35 yaş arasında olan 1500-ə yaxın gəncin beyin fəaliyyətini öyrənmək üçün süni intellekt metodlarından istifadə ediblər.

 

Neyroloqlar uzun illərdir ki, hər bir insan beyninin istirahət zamanı beyin fəaliyyətinin “barmaq izi” ilə xarakterizə olunduğunu bilirlər.

 

Stenford Universitetinin nevroloqları bu 1500 gəncin hər birinin barmaq izini müəyyən etmək üçün süni intellekt üsullarından istifadə ediblər və sonra qadınlar kişilərlə müqayisə olunub. 

 

Araşdırma nəticələrinə görə, qadınların beyin fəaliyyəti kişilərin beyin fəaliyyətindən tamamilə fərqli olub.

 

İnci


OXŞAR XƏBƏRLƏR