Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Hamiləlik zamanı stress hormonlarına məruz qalmaq oğlanların IQ səviyyəsini aşağı saldığı müəyyən edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Danimarkadakı Odense Universiteti Xəstəxanasının tədqiqatçıları araşdırma aparıblar.

 

Yeni araşdırmalar göstərir ki, stress hormonları oğlanlar və qızlar üzərində fərqli təsir göstərir.

 

“Hamiləliyin üçüncü trimestrində (təxminən 37-42 həftə) stress hormonu həyatın sonrakı dövrlərində idrak funksiyasına təsir edə bilər”.

 

Tədqiqatçılar yeni araşdırma üçün 943 hamilə qadının kortizol və kortizon səviyyələrini ölçüblər. Məlum olub ki, ana bətnində yüksək kortizol səviyyəsinə məruz qalan oğlanların İQ göstəriciləri daha aşağı olub.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR