Rəsm çəkmək uşaqların sağlamlığı üçün çox yaxşıdır - Maraqlı araşdırma

Rəsm çəkmək uşaqların sağlamlığı üçün çox yaxşıdır - Maraqlı araşdırma

Dövrümüzün ən böyük problemlərindən biri də uşaqların telefonlara olan bağlılığıdır. Valideynlər uşaqları sakitləşdirmək üçün smartfonlardan istifadəyə üstünlük verirlər. Lakin uşaqların maraq dairələrini kəşf edərək onlara daha maraqlı hobbiləri aşılamaq olar.

 

Sfera.az xəbər verir ki, o hobbilərən biri də şəkil çəkməkdir. Şəkil çəkmək şübhəsiz ki, hər yaşda olan insana xoş gəlir və zövq verir. Xüsusilə də, uşaqlar üçün şəkil çəkmək bir ekrandan heç vaxt öyrənə bilməyəcəyi nüansları dərk etməsində mühüm rol oynayır.

 

Rəsm çəkməyin faydalarına gəldikdə isə, bu məşğuliyyət uşaqlarda əlləri, barmaqları və biləkləri ilə çox özəl hərəkətlər edə bilmək bacarığını qazandırır. Bundan savayı, uşaqların gördükləri və çəkdikləri arasında bir əlaqə olduğunu göstərən əl-göz koordinasiyası yaranır. Əl-göz koordinasiyası idmanla məşğul olmaqla yanaşı, həyatın bir çox sahəsində də vacibdir. Şəkil çəkmək eyni zamanda, uşaqlara diqqəti toplamağı və səbr etməyi öyrədən hobbidir.

 

Bir uşaq rəsm çəkərkən əşyanı müşahidə edir və onun çəkisi, boyu və digər əşyalarla olan əlaqəsini incələməyə məcbur olur. Gördüklərini kağızda çəkmək asan deyil və bunu doğru şəkildə etmək üçün səbr lazımdır.

 

Bu nüanslar uşaqlardakı şəkil çəkmək həvəsini və marağını artırır. Rəsm çəkmək uşaqların xəyal gücünü əks etdirdiyi kimi, yaradıcı düşünmələrinə də təkan verir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...