"Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" -  ARAŞDIRMA

Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qorxu, narahatlıq və depressiya kimi sosial-psixoloji uyğunsuzluq və travma sonrası stress pozğunluğu əlamətləri oğlanlara nisbətən hərbi əməliyyatlar gedən ərazilərdə yaşayan yeniyetmə qızlarda daha çox müşahidə olunur. 


Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ekspertlər hərbi əməliyyatların getdiyi ərazilərdə yaşayan orta məktəb şagirdləri (9-11-ci siniflər) arasında sorğu keçirib. Burada 646 orta məktəb şagirdi iştirak edib: 36% oğlanlar və 64% qızlar. Onlar əsasən, Luqansk ərazisində yaşayan şagirdlər olub.Tədqiqatda xüsusi sorğu vərəqindən istifadə edilib.

 

“Biz məlumatlarımızı xaricdəki oxşar tədqiqatların nəticələri ilə müqayisə etdik. Məlum olub ki, hərbi münaqişələrin davam etdiyi ərazilərdə yaşayan və ya onların nəticələrini artıq görmüş bəzi yeniyetmələr həyata uyğunlaşmaqda problem yaşayır, fiziki, əqli və emosional cəhətdən özlərini pis hiss edirlər. Bu uşaqlar risk altındadırlar və onlar əlavə testlərə və psixoloqların köməyinə ehtiyac duyurlar”, - psixologiya elmləri doktoru Olqa Ulyanina bildirib.

 


Bundan əlavə, qızların xüsusilə psixofizioloji, emosional və davranış sferalarında, eləcə də yaxınları ilə münasibətlərdə oğlanlara nisbətən daha həssas olduğu ortaya çıxıb. Qızlar tez-tez diqqəti cəmləməkdə çətinlik çəkirlər, daha çox gecikirlər və əşyalarını itirirlər. Onlar həmçinin yorğunluq, kabuslar və yuxusuzluq kimi fiziki simptomlarla daha çox qarşılaşırlar.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...

Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.   Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələ...