Qaraciyərin təbii yollarla təmizlənməsi

Qaraciyərin təbii yollarla təmizlənməsi
Qaraciyərin orqanizmin sağlamlığında böyük rolu olduğu hamıya məlumdur. Qaraciyərin sağlam olması isə bizim qəbul etdiyimiz qidalardan, yaşadığımız mühitdən, ekologiyadan asılıdır. İllərlə sadaladığımız səbəblər üzündən qara ciyər toksinlərin hücumuna məruz qalır, yediyimiz yağlı, ədviyyatlı, tünd qidalar onun parenximasına mənfi təsir göstərir. Süni qidaların orqanizmə verdiyi zəhərlənmələrdən ən çox əziyyət çəkən orqan qaraciyər olduğu üçün, qaraciyərin vaxtaşırı təmizlənməyə ehtiyacı olur. Qaraciyərin təmizlənməsini ev şəraitində təbii vasitələrlə həyata keçirmək mümkündür.

Sfera.az lent.az-a istinadən bildirir ki, qaraciyəri təmizəməyə başlamamışdan əvvəl mütləq həkimə müraciət edib, öd kisəsi və qaraciyəri USM-də yoxlatdırmaq lazımdır. Çünki öd kisəsində iri daşların olması vəziyyətinizi ağırlaşdıra bilər.
Xalq təbabətində qaraciyərin təmizlənməsi üçün müxtəlif tübaj üsulları vardır. Onlardan bir-neçəsini sizlərə təqdim edirik:

1. Qaraciyərin təbii bitkilərlə təmizlənməsi.
Bu zaman 1 dəstə təzə cəfəri blenderdə üyüdülür, üzərinə 1 limonun şirəsi sıxılır. Şüşə qaba tökülüb, üzərinə 1 stəkan su əlavə edilir və səhər acqarına içilir. Bu proseduru 15 gün etmək nəticəsində illərlə qaraciyərdə yığılıb qalmış toksinlər xaric olunur.

2. Qaraciyərin balla təmizlənməsi.
Hər səhər acqarına 1 stəkan qaynar suyun içərisinə 1 xörək qaşığı bal əlavə edilir və yarım limon sıxılır. Prosedur 10-15 gün təkrarlanır.

3. Qaraciyərin zeytun yağı ilə təmizlənməsi.
Hər səhər acqarına 2 xörək qaşığı zeytun yağının içərisinə limon şirəsi sıxılıb içilir.

4. Qaraciyərin bəkməzlə təmizlənməsi.
Hər səhər 1 xörək qaşığı bəkməz isti suya qarışdırılıb içilir.
Qaraciyərin təmizlənməsi zamanı aşağıdakı qaydalara əməl olunmalıdır:
- Müalicə vasitəsini qəbul edən zaman məhsul isti olmalıdır.
- Məhsulu qəbul etdikdən sonra sağ tərəf üstə uzanmalı və qaraciyər nahiyəsinə isti qrelka qoyulmalıdır.
- Proseduru edib evdən çıxmaq olmaz, çünki tualetə ehtiyac ola bilər.
- Tübaj olunan günlər yüngül qida qəbul etmək lazımdır.

OXŞAR XƏBƏRLƏR

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...

Mahir bacısı və sevgilisi ilə - FOTO

Məşhur futbolçu Mahir Emreli sevgilisi və ailəsi ilə paylaşım edib.   Sfera.az xəbər verir ki, Mahir bacısı Ayşə və eşq yaşadığı türk xanımla fotolar...