Uşaqlar bu xəstəliyə daha çox YOLUXUR

Uşaqlar bu xəstəliyə daha çox YOLUXUR
Polimielitin praktiki olaraq ləğv olunması onun müxtəlif formaları ilə klinik oxşar olan yoluxucu xəstəliklərin xüsusi çəkisinin artması ilə müşahidə edilir. Sfera.az immunitet.az-a istinadən bildirir ki, koksaiki virusları, ECHO, enteroviruslar və epidemik parotit virusları polimielitəbənzər xəstəlikləri törədən səbəblər arasındadır.
Mənzərəsi polimielitin iflicsiz formasına daha çox oxşayır. Uşaqlar daha çox bu xəstəliyə yoluxurlar. Titrəmə, kəskin rinit, faringit, qusma və ishal xəstəliyin əsas əlamətlərdir. Tez-tez məxmərəyəbənzər səpgilər müşahidə edilir. Baş ağrısı, ənsə əzələlərinin rigidliyi, əzələ gərginliyi, yorğunluq, əzələ zəifliyinin inkişafı sinir sisteminin prosesə cəlb olunduğunu göstərir. Xəstəliyin gedişi ağır olmur, 1-2 həftədən sağalma baş verir.
Meningeal, spinal, kötük və poliradikulonevrotik formalar ayırd edilir.
Polimielitə bənzər xəstəliyin kötük formasının əsas əlamətləri - mimiki əzələlərin periferik parezidir, bulbar pozulmalar nadir hallarda baş verir.
Enterovirus kəskin hemorragik konyuktivitin epidemik endemiyalarını törədir. Nevroloji əlamətlər kəskin hemorragik konyuktivit simptomatikasından sonra baş verdiyinə baxmayaraq, bu zaman praktik olaraq virusu müəyyən etmək olmur.
Diaqnozu:
Diaqnoz seroloji reaksiyalar əsasında qoyulur. Xəstəliyin görünən əlamətləri və toplanan anamnez də diaqnozun qoyulmasına yardımçı olur.
Müalicəsi:
Qammaqlobulin, C vitamini, desensibilizəedici vasitələr, antidepressantlar və trankvilizatorlar təyin edilir.

OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...