\"Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər...\" - ŞƏRH

\
"44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə salınması və Azərbaycan - Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyildi".

Sfera.az-ın məlumatına görə, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O qeyd edib ki, Lavrovun Qafqaza səfərindən sonra  müəyyənləşdirilmiş sərhədlərdə sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verilib:

"Birinci mərhələdə Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı. Lakin indi məlum mövzu ətrafında ciddi spekulyasiyalar baş tutdu.
 
Laçın və Kəlbəcərin sərhədlərinin müəyyənləşdirilməsi zamanı yaranan hay - küy

İlk saatlardan indiyə qədər Köçəryan tərəfindən idarə olunan KİV-də ciddi şəkildə Nikola Qaragöl mövzusunda pressinq davam edir. Buna cavab olaraq, Paşinyan hakimiyyəti Qaragöl məsələsində Ermənistanda hay - küyün yaranması fonunda pressinq qarşısında qalaraq geosiyasi kartı oymağa başladı. Nikol Köçəryanın son zamanlar iqtisadi və siyasi əlaqələrindən istifadə edərək elektoratını çoxaltması və Qaragöl mövzularının onun reytinqinə mənfi təsir etdiyini başa düşərək  növbəti dəfə Fransa - Ermənistan, ABŞ - Ermənistan kartlarını işə saldı".

Z.Məmmədov bildirib ki, Nikol Paşinyan faktiki olaraq Rusiya qarşısında şərt qoyaraq erməni ictimaiyyətinə Moskvanın mövqeyini bir daha göstərmiş oldu:

"O, sabah üzərində məsuliyyət qalmasın deyə, hökumətinin Rusiya tərəfi ilə  telefon danışıqları ilə kifayətlənmədi, Rusiya prezidentinə məktub yazdı və məktubda Moskvadan yardım istədi. Beləliklə,  fors - major halında "mən Putindən hərbi yardım istədim, lakin o yardımı almadım" tezisini bəyan edəcəyini yazılı sənədlə sabaha saxlamış oldu.

Qaragöl məsələsində Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qaldı. "Azərbaycan ordusu Ermənistan sərhəddini keçdi, amma Rusiya Ermənistan qarşısında öhdəliyini yerinə yetirmədi" şüarını səsləndirməyə yaxın olan anti - rusiyaçılar "baxın bizim dediyimiz həqiqət oldu" deməyə başladılar. Əvəzində, Paşinyan hələlik  dəstəyi Vaşinqton və Parisdən aldı".

Politoloqun sözlərinə görə , ABŞ və Fransa Azərbaycan ordusunun öz sərhədləri daxilində olduğunu bilə - bilə Bakını tənqid edən mövqe sərgilədilər:

"Xüsusilə Fransa qırmızı xətti keçərək Kosova variantını işə salmaq istəyində olduğunu gizlətmədi,  müharibə vaxtında olduğu kimi yenidən "Azərbaycanın addımlarını" BMT TŞ-na çıxarmaq üçün addımlar atır. Öz növbəsində, Borell timsalında Avropa İttifaqı hələ ki, Makronun mövqeyinə tüpürərək Azərbaycan və Ermənistan arasında sərhədlərin sülh şəraitində müəyyənləşməsinin zəruriliyi haqqında bəyanat verdi.

Beləliklə,  mövcud durumda Üçtərəfli Bəyanatda və postmüharibə dövründə əsas maraqlı tərəf olan Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər erməni cəmiyyətində nüfuzunu daha da itirəcək. Deyiləsi cümlə isə budur: bu torpaqlar Azərbaycan ərazisinə daxildir və Ermənistan ordusu geri çəkilməlidir. Paşinyan bu mövzuda Köçəryana uduzdu. Onun bir yolu qalır,  seçkiqabağı daxili auditoriya üçün "günahkar" tapmaq. Köçəryan  Qaragöl məsələsində Ara Ayvazyanın və bölgədəki generalların "fəaliyyətləri" nəticəsində Paşinyanı tələyə saldı".


Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...