“Reuters” agentliyi “Qarabağ” klubundan yazdı

“Reuters” agentliyi “Qarabağ” klubundan yazdı

"Reuters” agentliyi "Qarabağ” klubu barədə geniş məqalə dərc edib.


Sfera.az xəbər verir ki, nəşr "Qafqazın "Barselona”sı” kimi təqdim etdiyi klubun Ermənistanın işğalında olan Ağdamı təmsil etdiyini bildirib.


Məqalədə vurğulanır ki, "Qarabağ” futbolçularının son davranışı Azərbaycan daxilində rəğbətlə qarşılansa da, ölkə kənarlarında etiraza səbəb olub. Avropa Liqasının Polşa "Legiya"sı ilə pley-off mərhələsinin oyunundan (3:0) sonra "əsgər salamı” verən komanda UEFA tərəfindən cəzalanmışdı.


Klubun kapitanı Maksim Medvedev məqsədlərinin Azərbaycan xalqına dəstək olduğunu bildirib: "Biz sadəcə, bu çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızı azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik”.


Qeyd edilirb ki, "Qarabağ”ın bazası hazırda paytaxt Bakıdadır. 31 yaşlı müdafiəçi tezliklə komandasının doğma meydanda məskunlaşacağına inandığını bildirib:

 

"Bilirsiniz, Ağdamda oynadığımız matçlara nə qədər adam gəlirdi? İnsanlar hasarlara dırmaşır və oyuna oradan baxırdılar. "Qarabağ"ın azarkeş bazası ümummilli xarakter daşıyır. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir, Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdur. Ona görə də tərəfdarları daha çoxdur".

 

 

Təcümə etdi: Zeynəb

Sfera.az


OXŞAR XƏBƏRLƏR