Rusiyanın şəhəri "qara qar"la örtüldü
Primoryenin Naxodka şəhərinin Astafyev rayonu qara qarla örtülüb. Sfera.az xəbər verir ki, görüntülər "Amur Mash" "Telegram" kanalı tərəfindən yayımlanıb. “Ətraf hər yeri kömür tozu bürüyüb: qar yığınları, səkilər, həyətlər, avtomobillər və uşaq karuselləri qəfil qaralıb”, - deyə məlumatda bildirilir. Qeyd olunub ki, Sənaye (Promışlennaya) küçəsinin sakinləri gündə bir neçə dəfə məcburən pəncərə altlıqlarını və mebelləri silirlər. Məlumata görə, “qara qar”ın səbəbi “Astafyev Terminalı”na məxsus