Acun Ilıcalı: "Türkiyə futbolu batır"
UEFA turnirlərinin yayım hüquqlarını dörd illiyə əldə edən EXXEN platformasının sahibi Acun Ilıcalı Türkiyə Super Liqasının yayım hüquqları üçün də təklif verə biləcəyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, Super Liqanın yayım hüquqları ilə bağlı tenderin şərtlər toplusunu aldıqlarını bildirib. Ilıcalının sözlərinə görə, yayım hüquqları üçün təklif edilən məbləğ artacaq və bu, klubların daha çox gəlir əldə etməsinə imkan verəcək.
EXXEN UEFA turnirlərinin növbəti dörd il üçün yayım hüquqlarını illik 78 milyon dollar qarşılığında əldə edib. Ilıcalı oyunların yayımında başqa bir qurumla əməkdaşlıq edəcəklərini də bildirib.
O, qanunsuz yayımların Türkiyə futbolunun gəlirlərinə təsirindən də danışıb:
“Həm yaxşı futbola baxım, həm də pulsuz olsun – belə bir şey yoxdur. Türkiyə futbolu batır, çünki canlı yayımlardan gəlir gəlmir”.
Şahanə Ziyad






