Vardanyan həbsxanadan oğurluqla məşğuldur

Vardanyan həbsxanadan oğurluqla məşğuldur
Kateqoriya məlum deyil
T

Ermənistanda Azərbaycanın Qarabağdakı mədəni irsini özünküləşdirməyə hesablanan yeni layihə yaradılıb.

Sfera.az xəbər verir ki, yeni yaradılan platforma artsakhian.org saytı üzərindən fəaliyyət göstərəcək.

“Artsax mədəniyyətinin Rəqəmsal evi” adlanan qondarma layihə Qarabağdakı alban və türk irsinə aid dialekt, folklor, musiqi, mərasimlər, ənənəvi biliklər, eləcə də foto, video və audio materialları erməni iris kimi toplayacaq.

Layihə Ruben Vardanyanın təşəbbüsü ilə yaradılan “Biz – bizim dağlarımızıq” İnkişaf Agentliyinin təşəbbüsü və Qalust Gülbenkyan Fondunun dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, layihəni maliyyələşdirən hərbi cinayətkar Ruben Vardanyan Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum olunub./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR