Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər öldü
Kateqoriya məlum deyil
Rusiya ordusu Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə hava zərbələri endirməsi nəticəsində 18 nəfər həlak olub, 5 nəfər yaralanıb, 27 nəfər isə itkin düşüb.
Sfera.az xəbər verir ku, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hadisə yerində xilasetmə işləri davam edir, dağıntılar altında qalan şəxslər axtarılır.
Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri binanın humanitar məqsədlə istifadə edildiyini bilirdilər. Çünki burada yerli sakinlərə hər həftə yardım paylanırdı.
Prezident hücumu Rusiyanın gərginliyin azaldılmasında maraqlı olmadığının növbəti sübutu adlandırıb./teleqraf






