“Azərbaycan, Azərbaycan!” deyib ayağa qalxdılar

Kateqoriya məlum deyil
T
Güney Azərbaycanın Zəngan şəhərində keçirilən futbol qarşılaşması zamanı Azərbaycana dəstək şüarları səsləndirilib.
Sfera.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Belə ki, “Traktor” və “Piruzi” komandalarının oyunu zamanı stadionda və ətraf ərazilərdə güney azərbaycanlıların milli ruhlu şüarları diqqət çəkib.
Azarkeşlər “Azərbaycan, Azərbaycan!” və “Azərbaycan əsgəriyəm, bu canım ona fədadır!” şüarlarını səsləndiriblər./globalinfo






