Ermənistan tezliklə Aİ-yə üzv üçün müraciət edəcək - Paşinyan

Ermənistan tezliklə Aİ-yə üzv üçün müraciət edəcək - Paşinyan
Kateqoriya məlum deyil
T

Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət prosesinə başlamaq niyyətindədir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, İrəvan Avropa İttifaqına daxil olmaq üçün rəsmi prosedura keçməyə hazırdır və lazımi addımlar hazırlandıqdan sonra məsələ referenduma çıxarıla bilər.

O, hökumətin 2026-2031-ci illər üçün proqramını parlamentə təqdim edərkən bildirib.

“Bu suallara cavab vermək üçün Ermənistan əvvəlcə Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməlidir. Bu, mürəkkəb prosesdir və bu prosesə ən azından Avrasiya İqtisadi Birliyindən olan həmkarlarımızın çağırışına qulaq asaraq yaxın gələcəkdə başlayacağıq”, - deyə Paşinyan əlavə edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR