Tezliklə Moskvada kapitulyasiya sazişi imzalanacaq - Saakaşvili

Tezliklə Moskvada kapitulyasiya sazişi imzalanacaq - Saakaşvili
Kateqoriya məlum deyil
T

“Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrinə yanacaq tədarükü çox böyük hadisəyə hazırlığın əlamətidir. İvanişvili yaxın həftələrdə Moskvanın 2012-ci ildə onu hakimiyyətə gətirdiyinə, bu gün isə Ukrayna müharibəsi fonunda varlanmasına görə təqdim etdiyi hesabı ödəmək niyyətindədir. İvanişvili dörd ildən çoxdur Rusiyanın əli ilə bəslənir. Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməklə öz sərvətini ikiqat artırıb”.

Sfera.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Mənim məlumatıma görə, ruslar avqustun əvvəlində iki növ müqavilə layihəsi göndəriblər. Bunlardan biri diplomatik münasibətlərin bərpasına və üçüncü tərəflə bir-birinə qarşı razılaşmamağa (burada “üçüncü qüvvə” dedikdə Qərb nəzərdə tutulur) aiddir. Həmçinin Abxaziya və Sxinvalinin qondarma rejimləri ilə ayrıca iki müqavilə nəzərdə tutulur. Həmin müqavilələrdə onların subyektliyinin (müstəqil dövlət kimi) tanınması və hücum etməmək zəmanəti yer alır. Bu müqavilələr birbaşa İvanişviliyə təqdim edilib”, - o bildirib.

Saakaşvili qeyd edib ki, Rusiya tərəfindən bu prosesi Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko kurasiya edir, Gürcüstanın Xarici İşlər Nazirliyi isə ümumiyyətlə prosesə cəlb olunmayıb:

“İvanişvili hesab edir ki, məhz indi bu son xəyanət və kapitulyasiya sənədlərini imzalamaq üçün münasib məqamdır. Xalq qorxudulub, ən mübariz insanlar həbsdədir, müxalifətin nüfuzu sarsıdılıb, Qərbin isə bizimlə məşğul olmağa vaxtı yoxdur.

Xəyanət müqaviləsinin imzalanması üçün təcili şəkildə ideoloji hazırlıq aparılır. Gürcüstanı müharibədə günahlandırmaq rəsmiləşdirilir, sovet naftalininin qoxusunu verən Georgiyevsk müqaviləsini arxivdən çıxarıb yenidən gündəmə gətiriblər. Bütün “Gürcü Arzusu” trolları yayın qızmar çağında Rusiyaya təslimçiliyin “haqlı çıxarılması” üçün səfərbər edilib. Putin administrasiyası rəhbərinin müavini Kiriyenko özü də keçmiş Suxumi sakinidir. Yaxın həftələrdə Kobaxidzenin bütün bunları imzalamaq üçün Moskvaya getməsi gözlənilir”.

Müxalifət və vətəndaşlara müraciət edən Mixeil Saakaşvili əlavə edib ki, təcili şəkildə səfərbər olmaq və hərəkətə keçməyə hazırlaşmaq vaxtıdır: “Əks halda, tezliklə oyanıb hər şeyi itirdiyimizi görəcəyik”./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR