"Məkkə ittifaqı genişlənə bilər" - Ərdoğan

Məkkə ittifaqı ölkələrindən hansınasa hücum olunarsa, bu üç ölkə birgə şəkildə zəruri addımları atacaq.
Sfera.az bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Mən bunu belə ifadə edərdim: məlum olduğu kimi, NATO-nun 5-ci maddəsinin müddəaları müəyyən dərəcədə burada təsbit olunmuş qarşılıqlı müdafiə konsepsiyasına bənzəyir. Buna görə də hər hansı problem yaranarsa və ya hücum baş verərsə, bu üç ölkə birgə şəkildə zəruri addımları ata biləcək”, - deyə Ərdoğan vurğulayıb.
Hansı ölkə hədəfə çevrilməsindən asılı olmayaraq, bu üç ölkədən hər hansı birinə hücum edilərsə, qarşılıqlı müdafiə paktı mövcud olduğundan, üç dövlət bir-birini istənilən növ hücumdan müdafiə edə biləcək.
Ərdoğan həmçinin diqqətə çatdırıb ki, saziş yalnız Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanla məhdudlaşmır.
“Digər ölkələr də bizə qoşula bilər.Misir də istədiyi təqdirdə bu üç ölkə ilə birlikdə sazişə qoşula bilər. Misirin üzünə də qapılar açıqdır”, – deyə Türkiyə prezidenti bildirib./APA






