Zaxarova Hakan Fidanın açıqlamasını təkzib etdi

Zaxarova Hakan Fidanın açıqlamasını təkzib etdi
Kateqoriya məlum deyil
T

“Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoymaq üçün Türkiyədən rəsmi kanallar vasitəsilə heç bir təklif almayıb”.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz ənənəvi olaraq xarici tərəfdaşlarımızın, xüsusən də mühüm regional oyunçu və Qara dənizdə qonşumuz olan Türkiyənin bütün sülh təşəbbüslərinə diqqətlə yanaşırıq. Amma Rusiya tərəfi Türkiyədən rəsmi kanallar vasitəsilə bu təşəbbüsün şərtlərini dəqiqləşdirəcək sorğu almayıb”, - diplomat qeyd edib.

Türkiyə xarici işlər naziri Hakan Fidan avqustun 8-də Ankaranın hərbi əməliyyatlara moratorium təklifini Rusiya və Ukraynaya çatdırdığını açıqlamışdı./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR