Ermənistanın Konstitusiyası yenidən yazılacaq - Bakının istəyi olacaq

Kateqoriya məlum deyil
T
“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə heç bir istinad olmayacaq”.
Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatə Arusyak Culhakyan deyib.
“Biz boş vərəqlər götürüb yeni Konstitusiya yazırıq. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə heç bir istinad olmayacaq”, - deputat bildirib.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmaması sülh sazişinin imzalanması üçün Azərbaycanın son tələbidir. Sözügedən bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır./Teleqraf
Açar sözlər:






